
Xəzərin taleyi Volqadan asılıdır: Su kəsilərsə, böyük fəlakət qaçılmazdır
Yusif Nəzərli
07:01 08.08.2025
Ekologiya
449
Dənizi xilas etmək üçün konkret fəaliyyət planı işlənməlidir
BMT-nin dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Türkmənistanda keçirilən Üçüncü Konfransında Xəzərin dayazlaşması qlobal problem olaraq müzakirəyə çıxarılıb. BMT-nin Baş katibi Antonio Quterreş dünya birliyini dənizə çıxışı olmayan ölkələri dəstəkləmək üçün səylərini artırmağa çağırıb. "Onlar həm inkişaf etməkdə olan ölkələr kimi, həm də dənizə çıxışı olmayan ölkələr kimi ikiqat əziyyət çəkirlər. Bu, onların ticarət imkanlarını məhdudlaşdırır, idxalı daha baha edir, ixracın rəqabət qabiliyyətini azaldır və beynəlxalq bazarlara çıxışı çətinləşdirir", - A.Quterreş bildirib. Konfrans çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Xəzəryanı dövlətlər arasında ticarət dövriyyəsinin dayanıqlı artım dinamikasını qeyd edərək, bunun həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın dərinləşməsi üçün möhkəm zəmin yaratdığını bildirib. Baş nazirin müavini cari ilin fevralında Tehranda keçirilmiş III Xəzər İqtisadi Forumunun ticarət və qarşılıqlı investisiya həcmlərinin genişlənməsi, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib. Çıxışında ekoloji çağırışlara da toxunan Şahin Mustafayev su səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb. Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə olunub. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub. Baş nazirin müavini Şahin Mustafayev qeyd edib ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir. İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb. Baş nazirin müavini qeyd edib ki, Xəzərin dayazlaşması ilə bağlı beştərəfli ekspert qrupunun ilk toplantısının Bakıda keçirilməsinə hazırlıqlar başlayıb.
Qlobal böhrandan söhbət getdiyi bir vaxtda yumora nə dərəcədə yer vermək olar, müəmmalıdır. Amma müzakirələr Xəzərlə bağlıdırsa, satirik yumor, bizcə, artıqlıq etməz. Xəzərin dayazlaşması, dənizin çəkilməsi, dəniz suyunun səviyyəsinin azalması, dənizə axıdılan çirkab sularından danışıldıqda “Bəyin oğurlanması” filmində İsrafilin anasının məşhur sözləri yada düşür: “Gəlirlər, yazırlar, gedirlər...” Xəzərlə bağlı da təxminən eyni mənzərədir. Hardasa yığışırlar, danışırlar, sonra da ayrılıb gedirlər. Xəzərsə dərdləri ilə baş-başa qalır.
Xəzər xilas gününü gözləyir. Xilasa aparan yollar, üsullar hansıdır? Nə kimi tədbir görülməlidir?
Ekoloq Rövşən Abbasov Sherg.az-a açıqlamasında qeyd etdi ki, Xəzəri sağlamlaşdırmaq, dayazlaşmanın qarşısını almaq üçün konkret fəaliyyət planı işlənməlidir:

- Və bu fəaliyyət planında da əsas məsuliyyət Rusiyanın üzərinə düşməlidir. Çünki Xəzər dənizini suyla təmin edən məhz Volqa çayıdır. Xəzərə suyun 80 faizi Volqa çayı vasitəsilə gəlir. Fəaliyyət Planında konkret olaraq göstərilməlidir ki, hansı ildə Volqadan ötürüləcək suyun miqdarı nə qədər azaldılacaq, yəni Volqadan Xəzərə hansı miqdarda su gələcək və bununla bağlı da Xəzərin suyu nə qədər arta və ya azala bilər. Bu fəaliyyət planı qəbul olunsa, Xəzərin sağlamlaşması mümkün olacaq. Yox əgər qəbul edilməsə, məsələ çox çətindir.
Ekoloq bildirdi ki, Xəzərin dayazlaşmasının digər səbəbləri arasında dənizə çirkab sularının axıdılması, dənizin çirkləndirilməsi, sahilyanı ərazilərdə plansız tikililərin aparılması da var. Ümumən dənizin eko-sistemi sağlamlaşdırılmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm