Yağış qara çevrildi: Yaylalar ağ örtüklə qaplanıb

Yay ayları bitdi, payızın gəlişi ilə havalar getdikcə sərinləyir. Türkiyənin Rizə bölgəsinin yüksək yerləri yeni günə qar yağmuru ilə başlayıb. 
Sherg.az xəbər verir ki, Rizənin yüksək ərazilərində qar təsirli oldu.
Şəhərdə, hava temperaturunun dünəndən etibarən enməsi ilə başlayan yağış gecə saatlarından etibarən yüksək hündürlüklü yaylalarda yerini qara verib.
İkizdərə rayonuna aid 2 min 640 metr yüksəklikdəki Ovit dağı ərazisi ilə Kaçkar dağları ətrafındakı yaylalar ağ örtüklə qaplanıb.
Yaylalarda qar qalınlığı bəzi yerlərdə 10 santimetrə çatdı.