Yayına bilmədi: Netanyahu yenidən məhkəmə qarşısında

İsrail Baş naziri Benyamin Netanyahu iki aylıq fasilədən sonra yenidən yolsuzluq işi üzrə məhkəməyə çıxıb. O, ABŞ ilə birlikdə İrana qarşı əməliyyatlardan sonra təxirə salınan prosesdə 81-ci dəfə hakim qarşısına çıxmış olub.

Sherg.az xəbər verir ki, Netanyahu “1000”, “2000” və “4000” adlı işlər üzrə rüşvət, dələduzluq və vəzifədən sui-istifadə ittihamları ilə mühakimə olunur. Xüsusilə “4000 işi” üzrə prosesin sona yaxınlaşdığı bildirilir.

İsrail mətbuatına görə, bəzi dosyelərdə yalnız bir neçə məhkəmə iclası qalıb və işin yekun mərhələyə keçdiyi qeyd olunur.

Netanyahu isə son dövrlərdə “təhlükəsizlik səbəbi” ilə bəzi iclasların təxirə salınmasını istəsə də, məhkəmə prosesi davam edir.