“Jirona” klubu “Barselona”dan icarəyə götürdüyü qapıçı Mark-Andre ter Ştegenin uğurla əməliyyat olunduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, sol bud nahiyəsindən ciddi zədə alan 33 yaşlı qolkiper bu gün cərrahiyyə masasına əyləşib.
Almaniya yığmasının üzvünün bərpa prosesinin 2 aydan 4 aya qədər çəkəcəyi gözlənilir. Bu isə onun iyun ayında start götürəcək DÇ-2026-da iştirakını ciddi sual altına qoyur.
Qeyd edək ki, Ter Ştegen oyun təcrübəsi toplamaq üçün yanvarda icarə əsasında “Jirona”ya keçmişdi, lakin cəmi iki oyundan sonra ağır zədə alıb.