Avropa turnirlərində Türkiyəni təmsil edən “Qalatasaray” və “Fənərbaxça”nın son tur oyunlarından sonra UEFA ölkə reytinqi yenilənib.
Sherg.az xəbər verir ki, “Qalatasaray” Çempionlar Liqasında səfərdə “Mançester Siti”yə 0:2 hesabı ilə uduzub və mərhələni ilk 24-lükdə başa vurub. Komanda pley-offda “Yuventus” və ya “Atletiko Madrid”lə qarşılaşacaq.
“Fənərbaxça” Avropa Liqasında FCSB ilə səfər oyununda 1:1 hesablı heç-heçə edib və mərhələni 19-cu sırada bitirib. İstanbul klubu pley-offda “Nottingem Forest” və ya “Viktoriya Plzen”lə oynayacaq.
Yenilənmiş UEFA ölkə reytinqində Türkiyə 49.525 xalla 9-cu pillədə qərarlaşıb.