Benzema “Əl-Hilal” klubuna keçib

Fransız hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubu ilə müqavilə imzalayıb.

Sherg.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 38 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Benzema 2023–2025-ci illərdə “Əl-İttihad”da çıxış edib və Səudiyyə Ərəbistanı çempionu olub. Yanvarın 29-da “L’Equipe” qəzeti futbolçunun maaşın azaldılması səbəbindən klubla yollarını ayırdığını yazıb.

Karyerası ərzində “Lion” və “Real Madrid”də çıxış edən Benzema 2022-ci ildə “Qızıl top” mükafatını qazanıb. O, Fransa millisinin heyətində 97 oyunda 37 qol vurub.