Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi

Braziliya millisində 10 nömrəli formanın yeni sahibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, Neymarın milli karyerasını başa vurmasından sonra bu nömrə “Barselona”nın hücumçusu Rafinyaya verilib.

29 yaşlı futbolçu qarşıdakı oyunlarda Braziliya millisində 10 nömrəli forma ilə çıxış edəcək.

Rafinya buna qədər yığmada əsasən 11 nömrəli formanı geyinirdi.

Neymar Braziliya millisində uzun illər 10 nömrəli formanı geyinib və bu nömrə ilə ardıcıl dörd dünya çempionatında iştirak edib.

Ulduz futbolçu 2026-cı il mundialından sonra yığma karyerasını başa vurduğunu açıqlayıb.

Rafinya isə 2026-2027 mövsümünə uğurlu start verib. O, cari mövsümdə “Barselona” formasıyla 14 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.