UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.
Teleqraf xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan püşkatma mərasimində Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray"ın da rəqibi müəyyənləşib.
İstanbul təmsilçisi 1/8 finala gedən uğrunda İtaliya "Yuventus"u ilə qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
"Benfika" (Portuqaliya) - "Real Madrid" (İspaniya)
"Budo/Qlimt" (Norveç) - "İnter" (İtaliya)
"Monako" (Fransa) - PSJ (Fransa)
"Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)
"Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya)
"Brügge" (Belçika) - "Atletiko Madrid" (İspaniya)
"Borussiya Dortmund" (Almaniya) - "Atalanta" (İtaliya)
"Olimpiakos" (Yunanıstan) - "Bayer Leverkuzen" (Almaniya)