“Flamenqo” Braziliya çempionatında rekord transfer reallaşdırdı

Braziliyanın “Flamenqo” klubu İngiltərə təmsilçisi “Vest Hem”in futbolçusu Lukas Paketаnı transfer edib.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, transferin məbləği 42 milyon avro təşkil edib.

28 yaşlı yarımmüdafiəçi Braziliya çempionatına keçən ən bahalı oyunçu olub. O, “Zenit”dən “Flamenqo”ya 30 milyon avroya transfer olunan Jersonu geridə qoyub.

Qeyd edək ki, Lukas Paketa “Vest Hem”in heyətində 139 oyuna çıxıb, 23 qol vurub və 15 məhsuldar ötürmə edib. Paketa “Flamenqo”nun yetirməsidir. O, 2016–2019-cu illərdə klubun formasını geyinib.