Kantenin transferi - Sadəttin Saran Ərdoğana təşəkkür etdi

"Fənərbağça" prezidenti Sadəttin Saran fransız futbolçu N’Golo Kantenin transferi ilə bağlı rəsmi açıqlama yayıb.

Sherg.az xəbər verir ki, klub rəhbəri transfer prosesinin uğurla başa çatmasında göstərdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusi təşəkkür edib.

Saran bildirib ki, Kante kimi dünya səviyyəli futbolçunun "Fənərbağça"ya transferi həm klubun, həm də Türkiyə futbolunun inkişafına töhfə verəcək.

Qeyd edək ki, fransız yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb və onun bu gün İstanbulda olması gözlənilir.