“Azarkeşlərimizə təşəkkür edirəm. Belə hava şəraitində bizə dəstək oldular. Çox ciddi nəticədir. Cavab matçına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. “Şamaxı” yaxşı oynadı, qalib gəldi”.
Teleqraf xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
53 yaşlı mütəxəssis Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzduqları matçı şərh edib:
“İkinci hissədə ön tərəfdə ümumiyyətlə heç nə görmürdüm. Əsas, azarkeşlər üçün maraqlı oyun idi. Hava yaxşı olsaydı, daha yaxşı olardı”.
Qurban Qurbanov "Neftçi" ilə oyunun təxirə salınmamasından da danışıb:
"Sosial şəbəkələrdə olmuram. Hər bir hadisəyə normal yanaşıram. Kimin haqlı, kimin haqsız çıxarılması üçün bir mövzu deyil. "Neftçi" ilə oyunun təxirə salınması üçün PFL-ə müraciət etdik. Həmin gün başqa bir klub da ola bilərdi. Cavab oyunundan əvvəl bizə təkan ola bilərdi. Olmadı və burada ciddi problem görmürəm. "Neftçi"nin də öz proqramı var, bunu başa düşürəm. Olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünərək, oyuna hazırlaşmalıyıq".