PSJ baş məşqçisi Luis Enrikenin gələcəyu ilə bağlı qərar qəbul edib.
QOL.az xəbər verir ki, bu haqda “Football Espania” məlumat yayıb.
Paris təmsilçisi mütəxəssisə uzunmüddətli - 2030-ci ilin yayınadək müqavilə təklif edib
Bildirir ki, Enrikenin mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər reallığı əks etdirmir.
54 yaşlı çalışdırıcı hazırda yeni müqavilənin şərtlərinin razılaşdırılmasının son mərhələsindədir. Luis Enrike Parisdə özünü rahat hiss edir və növbəti mövsümə problemsiz hazırlaşmaq üçün gələcəyi ilə bağlı qərarını yay aylarına qədər vermək istəyir.
Xəbərdə vurğulanır ki, PSJ rəhbərliyi Enrikeyə təsadüfi olaraq 2030-cu ilə qədər müqavilə təklif etməyib. Belə ki, klubun idman direktoru Luiş Kampuşun da razılaşması məhz həmin vaxt başa çatır.