"Qarabağ" son 10 ildə bunu bacaran yeganə MDB ölkəsi klubudur

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməklə daha bir tarixi uğura imza atıb.

Sherg.az Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Liqa mərhələsini 10 xalla 22-ci sırada başa vurub.

Beləliklə, "Qarabağ" son 10 ildə ÇL-in pley-off mərhələsinə vəsiqə qazanan ilk MDB (Müstəqil Dövlətlər Birliyi) ölkəsi təmsilçisi olub.

Bunadək pley-offa adlamağı bacaran son MDB klubu "Zenit" olmuşdu. Rusiya təmsilçisi bunu 2016-cı ildə bacarmışdı.

Qeyd edək ki, "Qarabağ" həm də qitənin əsas klub turnirində pley-offa vəsiqə qazanan ilk Azərbaycan komandasıdır. Qurban Qurbanovun kollektivi bu mərhələdə PSJ və ya "Nyukasl"la qarşılaşacaq. Püşkatma mərasimi yanvarın 30-da, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.