Ronaldo "Əl-Nəsr"in oyununu boykot etdi

Kristiano Ronaldo "Əl-Nəsr"də oynamaqdan imtina edib.

Axar.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun (PİF) 3 ildir çıxış etdiyi klubu idarəetmə tərzindən narazıdır.

Bildirilib ki, Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında bu gün keçiriləcək "Ər-Riyad"a qarşı oyunda meydana çıxmamaqda qərarlıdır.

Qeyd edək ki, Ronaldo 2023-cü ildən "Ən-Nəsr"in formasını geyinir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.