“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı

Birinci Liqa klublarından “Xankəndi” baş məşqçi Zaur Hacıyevlə yollarını ayırıb.

Teleqraf xəbər verir ki, klubla mütəxəssis arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub Zaur Hacıyevə fəaliyyətinə və komandaya verdiyi töhfələrə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıb.