"Yuventus" İkardi üçün "Qalatasaray"la masada - Meneceri İstanbula gəlib

UEFA Çempionlar Liqasında “Qalatasaray” ilə play-off turunda qarşılaşacaq “Yuventus”, "sarı-qırmızılılar"ın hücumçusu Mauro İkardi üçün danışıqlara başlayıb.

Sherg.az xəbər verir ki, meneceri, oyunçunu icarəyə göndərmək üçün “Qalatasaray” ilə razılıq əldə etmək məqsədilə İstanbulda səfərdədir.

Argentinalı hücumçunun “Qalatasaray” ilə müqaviləsi 2026-cı ilin iyun ayında bitəcək. Bu mövsüm Icardi 29 oyunda 10 qol və 2 assistlə çıxış edib.