Ninotsmindanın 12 km şərqində, Sağamo kəndi yaxınlığında zəlzələ qeydə alınıb.
24News.ge xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, zəlzələ axşam saat 21:16 radələrində qeydə alınıb.
Yeraltı təkan 3.2 bal gücündə olub.
Xatırladaq ki, artıq son bir həftə ərzində Gürcüstanda bu kimi 6 zəlzələ qeydə alınıb.