Yunanıstanda "Petzetel" yanğınsöndürən təyyarəsi qəzaya uğrayıb.
Sherg.az Trend-ə istinadən bildirir ki, qəza nəticəsində ölən olmayıb, pilotun vəziyyəti yaxşıdır.
Məlumata əsasən, təyyarə Zakinf adasında yanğınların söndürülməsində iştirak edirmiş.
Qəzanın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.