
İran rəsmiləri beynəlxalq ictimaiyyətə zəif olmadıqlarını göstərir -Politoloq
10:27 27.05.2025
Dünya
435
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi CNN-ə açıqlamasında bildirib ki, Tehran İsrailin mümkün hərbi zərbələrinə baxmayaraq, nüvə proqramı üzrə ABŞ ilə danışıqlarda təzyiqlərə tabe olmayacaq. O qeyd edib ki, iranlılar heç bir təzyiqə boyun əyməyəcəklər. Biz öz milli təhlükəsizliyimizi qoruyacağıq.
İranın “təzyiqlərə boyun əyməyəcəyik” bəyanatı, əslində, təkcə nüvə danışıqları və ya İsrailin təhdidlərinə cavab deyil, bu, həm də bölgədə güc nümayişidir. Yaxın Şərqdə güc balansı daim dəyişkən və kövrəkdir. İran öz hərbi və texnoloji gücünü ön plana çəkməklə, yalnız ABŞ və İsrailə deyil, eyni zamanda regiondakı digər güc mərkəzlərinə siqnal göndərir.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan Sherg.az-a bildirib ki, bu Tehran hakimiyyəti təmsilçilərinin ənənəvi hərbi ritorikasıdır:

“Ötənilki hadisələr göstərir ki, Tehran hakimiyyəti raket zərbələrindən qorunmağa qadir deyil. Bu isə İran üçün böyük fəlakətlər gətirə bilər. İranla ABŞ nümayənləri arasında görüşlər həyata keçirilir. Eyni zamanda regiondakı Ərəb ölkələriylə ABŞ arasında yeni müqavilələr imzalanıb. Amerika onları özünə daha çox bağlama çalışır. Belə olan halda isə İran təklənir və ölkə daxilində ciddi narahatlıqlar yaradır. Tehran rəsmilərinin bu cür ritorikaları ictimai rəyə hesablanıb. Bu beynəlxalq miqyasda isə İsraili və Amerikanı İranı vurmaqdan çəkindirmək üçün bir addımdır. Sözügedən məsələ İranın hərbi gücünün qeyri-müəyyən olduğundan xəbər verir. Yəni İran rəsmiləri beynəlxalq ictimaiyyətə onların göründüyü qədər zəif olmadıqlarını göstərmək niyyətindədirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya