
İqtisadçı: 92 markalı benzinin qiymətinin bahalaşması hər an baş verə bilər
10:46 27.05.2025
İqtisadiyyat
771
Azərbaycana benzin idxalının artmasının səbəbi açıqlanıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində maliyyə naziri Sahil Babayev deyib ki, benzinin ölkəyə idxalının artmasının əsas səbəbi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəqiq məlumatı verə bilər.
“Ancaq bizim ehtimallarımıza görə, bunun səbəbi ötən il ölkəmizdə keçirilən beynəlxalq tədbirlərlə bağlı 2 aya yaxın Neft Emalı Zavodunun bağlanmasıdır. Zavodunun bağlanmasına görə tələbatı ödəmək üçün Aİ-92 markalı benzin idxal etməli olduq”, - deyə nazir bildirib.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycan əsasən xarici ölkələrdən Aİ 95 və 98 oktanlı benzin idxal edir:

“Benzinin qiyməti dünya bazarından asılıdır. Qiymətlər dünya bazarında artdıqda, Azərbaycanda da idxal xərcləri çoxaldığına görə qiymətlər arta bilər. Hələ ki, dünya bazarında bu markalı benzinin qiymətləri sabitdir və bahalaşma baş vermədiyi üçün Azərbaycanda da bahalaşma gözlənilmir. Lakin 92 markalı benzini son zamanlar həmin markadan olan benzini də Azərbaycan artıq idxal etməyə başlayıb. Bunun ən başlıca səbəbi neft emalı zavodunun modernizasiya işlərinin yekunlaşmaması ilə bağlıdır. SOCAR-dan verilən açıqlamaya görə, 2026-cı ilə qədər zavodun modernizasiya işinin başa çatdırılması gözlənilir. Lakin Azərbaycanda 92 markalı daha az büdcəli avtomobillər üçün benzinin istehsalının nə qədər olacağı müəyyən edilməyib. Yəni daxili tələbatla zavodun modernizasiyadan sonra istehsal imkanları potensialı nə qədər olacağı bizə məlum deyil. Ona görə də düşünürük ki, bu zavod əgər istifadəyə verilərsə, qiymətlər sabit qala bilər. Əgər modernizasiya işləri uzanacaqsa və hətta Azərbaycan 92 markalı benzini də xarici ölkələrdən idxal edəcəksə, qiymətlər də arta bilər. Bu zaman hökumətin subsidiya yükü çoxalacaq. Hökumət çalışır ki, qiymətləri sabit saxlasın. Bu zaman idxalla bağlı müəyyən gömrük güzəştləri tətbiq olunur. Bunlardan biri də idxala tətbiq edilən rüsumların iyun ayının birinə qədər təxirə salınmasıdır. Bu da əlbəttə ki, büdcə daxilolmalarına mənfi təsir göstərir. Eyni zamanda, hökumət 92, 95 və 98 markalı benzinin idxalı üçün əlavə subsidiya tətbiq edir. Ancaq xarici ölkələrdə qiymətlər bahalaşdıqda, subsidiya yükü də çoxalır və təbii ki, ikitərəfli itkilər baş verir. Həm dövlətin subsidiya yükü artır, həm də qiymətlərin bahalaşması prosesi sürətlənir. Dövlətin idxalda proqnozlaşdırılan gəlirlərində və vergilərində azalma prosesi baş verir ki, bu da büdcəyə birbaşa daxil olan vəsaitdir. Ona görə də qiymətlərin bahalaşması yalnız hökumətin hansı mərhələyə qədər güzəştlər və subsidiya yükünü öz üzərinə götürəcəyindən asılıdır. Ümumiyyətlə idxaldan asılılıq artdıqca təzyiqlər də artır. Bu mənada qiymətin də artması gözləniləndir. Nəticə etibarilə Azərbaycanda benzinin xüsusilə də 92 markalı benzinin qiymətinin bahalaşması hər an baş verə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya