
Hasan Oktay: Birinci və ikinci İstanbul sülh danışıqları Ukrayna böhranı çərçivəsində atılmış ən real addımdır
11:46 27.05.2025
Dünya
439
Tramp və Putinin qarşılıqlı ittihamlarla vəziyyəti gərginləşdirdiyi bir vaxtda, Türkiyənin bu təşəbbüsü Ukrayna böhranının həllinə və bölgəyə sülhün gəlməsinə töhfə verə bilər
Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın günlərdə Ukraynanın paytaxtı Kiyevə rəsmi səfər edəcək. Bu barədə məlumatı "Reuters" agentliyi yayıb.
Məlumata görə, səfərin əsas məqsədi Ukrayna ətrafında cərəyan edən son hadisələri, xüsusilə də bölgədə davam edən münaqişənin həlli yollarını müzakirə etməkdir. Hakan Fidan bu səfər çərçivəsində Ukrayna rəsmiləri ilə bir sıra mühüm görüşlər keçirəcək, tərəflər arasında mümkün sülh təşəbbüsləri və regional sabitlik məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.
Hazırda nazir Rusiyanın paytaxtı Moskva şəhərindədir. Orada o, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşərək Ukrayna ilə bağlı geniş müzakirələr aparıb. Fidanın Kiyevə səfəri isə bu danışıqların ardınca, diplomatik təmasların davamı olaraq baş tutacaq. Bu diplomatik missiya, Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçi rolunu gücləndirməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a deyib ki, Rusiyа-Ukrayna böhranı artıq elə bir mərhələyə gəlib çatıb ki, ya diplomatik danışıqlarla həll yoluna qədəm qoyulacaq, ya da proses daha da dərinləşərək Avropada böyük bir siyasi qarşıdurmaya çevriləcək:

"Xüsusilə Trampın seçki kampaniyası dövründə və prezidentliyə başladıqdan sonra verdiyi açıqlamalarda Ukrayna böhranının tezliklə sona çatması üçün iradə nümayiş etdirməsi diqqət çəkmişdi. Lakin hadisələrin inkişafı göstərdi ki, Ukrayna böhranı ciddi bir çıxılmaz vəziyyətə girib. ABŞ bir növ Rusiya ilə münasibətləri yumşaldaraq, bu böhranı Avropa İttifaqı ilə Rusiya arasında bir problemə çevirib. Bu məqamda Türkiyə, həm Rusiyaya, həm də Ukraynaya Qara dəniz üzərindən qonşu olan bir ölkə kimi, bölgədə sülhün bərpası üçün ən açıq və prinsipial mövqe sərgiləyən tərəf olub. Birinci və ikinci İstanbul sülh danışıqları Ukrayna böhranı çərçivəsində atılmış ən real və ümidverici addımlar kimi qiymətləndirilir".
Politoloq əlavə edib ki, bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Vladimir Putin və Sergey Lavrovla görüşlər keçirib, Ukrayna mövzusunda geniş müzakirələr aparıb:
"O, oradan birbaşa Kiyevə yollanaraq Ukrayna rəsmiləri ilə də görüşlər keçirəcək və sülh ümidlərinin yenidən canlanmasına çalışacaq. Tramp və Putinin qarşılıqlı ittihamlarla vəziyyəti gərginləşdirdiyi bir vaxtda, Türkiyənin bu təşəbbüsü Ukrayna böhranının həllinə və bölgəyə sülhün gəlməsinə töhfə verə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol