
İrəvanın soyqrımı gedişi: Fitso Ermənistan tərəfindən siyasi tələyə salınıb
12:15 27.05.2025
Cənubi Qafqaz
353
Slovakiya Baş naziri Robert Fitso Ermənistana səfəri çərçivəsində qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib. “Armenpress”in məlumatına görə, onu ziyarət zamanı Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan və xarici işlər nazirinin müavini Vaan Kostanyan müşayiət ediblər. Fitso abidənin önünə əklil qoyub, “soyqırımı qurbanları”nın xatirəsini bir dəqiqəlik sükutla yad edib və kompleksin ərazisində küknar ağacı əkib.
Slovakiya Baş naziri Robert Fitso-nun İrəvanda qondarma “erməni soyqırımı” abidəsini ziyarət etməsi, tarixin siyasət alətinə çevrilməsinin növbəti nümunəsidir. Tarixi faktlar deyil, diplomatik maraqlar əsas götürüldükdə, belə addımlar regionda həssas balansı pozur. Fitso-nun səfəri fonunda bu cür jestlər Slovakiyanın Cənubi Qafqazdakı neytrallıq imicinə zərər verə bilər. Həqiqətlərə əsaslanmayan bu cür simvolik hərəkətlər təkcə Azərbaycanın deyil, elə gerçək tarix elminin də maraqlarına ziddir.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a vurğulayıb ki, Ermənistanda qondorma soyqırımı hadisəsini onların dövlət siyasətinin təbliğinə çevrilib:

“Hər ölkəyə gələn dövlət və hökumət rəhbərini bu qondorma abidənin ziyarət edilməsinə yönəldirlər. Daha sonraki proseslərdə həmin dövlətin erməni soyqırımını tanıması və dırnaqarası soyqırımın qurbanlarını yad etməsi kimi daxili və xarici auditoriyaya məlumat ötürülür. Bu isə haqlı olaraq Azərbaycan və Türkiyənin narazılığına səbəb olur. Robert Fitso Qərb siyasətini tənqid edən və Rusiya-Ukrayna müharibəsi zamanı müstəqil mövqe sərgiləyən şəxs kimi tanınıb.
Məsələn, Fitsonun sırasında Macarıstan Baş naziri Viktor Orbanı, Serbiya Prezidenti Aleksandr Vuçiçi də qeyd edə bilərik. Lakin son proseslərə nəzər saldıqda deyə bilərik ki, Fitsonu Avropa və ya Avropa İttifaqı siyasətinin parlaq nümunəsi kimi qeyd etmək olmaz. Çünki Fitso 9 mayda qələbə paradının da iştirakçısı olub. Hesab edirəm ki, bəlkə də qələbə paradında Nikol Paşinyan Fitsonu İrəvana dəvət edib. Bu hadisənin özü erməni məkirli siyasətinin bir göstəricidir. Fitso da Ermənistan tərəfindən həmin siyasi tələyə salınmışdır. Amma bu məsələnin daha geniş araşdırılması və ona uyğun müxtəlif adımların atılması önəmlidir. Çünki Ermənistan öz xislətindən geri çəkilmir. Dırnaqarası erməni soyqırımını öz siyasi və geosiyasi alətinə çevirməyə səy göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol