Qızıl sikkələr üzə çıxardı: Romanın itmiş imperatoru tapıldı
12:53 20.10.2025
Tarix
1182
Roma imperiyasından ayrılmış bir dövlətin hərbi lideri olan, lakin indiyədək uydurma obraz hesab edilən Sponsianın gerçəkdən mövcud olduğu sübut edilib.
Sherg.az xəbər verir ki, bir zamanlar “saxta” hesab edilən üçüncü əsr Roma imperatorunun varlığı qədim bir qızıl sikkənin aşkarlanması ilə təsdiqlənib.
Avropada ayrılıqçı bir Roma dövlətinin hərbi rəhbəri kimi tanınan Sponsian uzun müddət tarix kitablarından “xəyalı fiqur” kimi çıxarılmışdı. Lakin indi onun həqiqətən yaşadığı ortaya çıxıb.
“Greek Reporter” nəşrinin məlumatına görə, 300 ildən çox əvvəl onun adını və portretini daşıyan dörd qızıl sikkədən biri, Roma imperiyasının uzaq bir hərbi forpostunda tapılmışdı. O zaman mütəxəssislər bu sikkələrin XVIII əsrdə muzeydə saxlanan saxta nüsxələr olduğunu düşünmüşdülər.
Lakin son elmi analizlər mikroskop altında görünən xırda cızıqların, bu sikkənin təxminən iki min il əvvəl dövriyyədə olduğunu sübut etdiyini göstərib.
London Universitet Kollecindən (University College London) professor Pol Pirson tədqiqatı idarə edib və BBC-yə belə deyib:
“Biz bu sikkələrin orijinal olduğuna çox əminik. Tapdığımız şey bir imperatordur. Uzun illər saxta sayılıb, görməzlikdən gəlinib. Amma biz onun real şəxsiyyət olduğunu və tarixdə mühüm rol oynadığını düşünürük.”
Pirson əlavə edib:
“Sübutlar göstərir ki, Sponsian imperiyanın daxili müharibələrlə çalxalandığı, sərhədlərin isə basqınçılar tərəfindən təhdid edildiyi bir dövrdə, Roma Dakiyasındakı (indiki Rumıniya ərazisi) qızıl mədənlərində yerləşən təcrid olunmuş bir forpostu idarə edib.”
Qızıl sikkələr bu gün Rumıniyanın tərkibində olan Transilvaniya bölgəsində aşkarlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya