Aİ liderləri Ermənistan-Azərbaycan normallaşması üzrə vasitəçiliyi davam etdirmək niyyətindədir

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Ermənistan-Azərbaycan normallaşması üzrə vasitəçiliyi davam etdirmək niyyətində olduqlarını bəyan ediblər.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə keçirilən sammitdən sonra bəyan edib.

Şarl Mişelin sözlərinə görə, Aİ liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər, ölkələrin ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olmaq üçün Aİ-nin vasitəçilik səylərini təşviq etməyə sadiqdirlər.