AMEA-nın vitse-prezidenti: Süni intellektlə bağlı ölkədə zəruri məlumatlar yoxdur
Yusif Nəzərli
06:45 26.08.2025
Gündəm
345
“Süni intellekt geniş imkanlarla yanaşı, ciddi risklər də yaradır”.
Teleqraf xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, Azərbaycan İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunda keçirilən “Kibernetika və informatikanın problemləri” (PCI 2025) VI beynəlxalq konfransında çıxışında deyib.
Rasim Əliquliyev bildirib ki, son illərdə ortaya çıxan yeni texnologiyalar dördüncü sənaye inqilabının əsasını qoyub. Lakin ölkəmizdə süni intellektin tarixi və inkişaf mərhələləri ilə bağlı kifayət qədər məlumat mövcud deyil:
“Bu sahədə zəruri bilgilərin toplanması və ictimaiyyətə çatdırılması vacibdir”.
O, gənclərin süni intellekt və müasir informasiya texnologiyaları ilə bağlı daha dolğun biliklər əldə etməsinin önəmini vurğulayıb:
“Gənclərə anlatmalıyıq ki, istifadə etdiyimiz texnologiyalar birdən-birə yaranmayıb, onların uzun bir inkişaf tarixi var. Mən məsuliyyətlə deyirəm ki, bu istiqamətdə hələ görüləsi çox işlərimiz var. İnformasiya texnologiyaları və İdarəetmə Sistemləri ilə bağlı Azərbaycan alimlərinin son 60 ildə apardığı araşdırmaları sistemləşdirərək cəmiyyətə təqdim etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm