Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək
Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq
Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək
Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək
Artıq Ələt Azad İqtisadi Zonasında bir neçə şirkət qeydiyyatdan keçib və onlardan 3-ü öz müəssisələrinin inşasına başlayıb. Bu barədə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 3 şirkət isə layihələndirmə işlərini başa çatdırmaq üzrədir: "Həmin şirkətlər bu ilin sonu və ya gələn ilin əvvəli inşaat işlərinə başlayacaq. Eyni zamanda başqa şirkətlərlə də danışıqlar aparılır". Valeh Ələsgərov əlavə edib ki, Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərməsi üçün şirkətlərə müəyyən tələblər qoyulub: "Tələbimiz şirkətlərin ixrac üçün yüksək əlavə dəyərli məhsullar istehsal etməsidir. Eyni zamanda istehsal məhsullarının 75 faizi xarici bazarlara çıxarılmalıdır. Ən əsas tələbimiz isə təbii ki, məhsulların beynəlxalq standartlara cavab verməsinin təmin olunmasıdır".
Qeyd edək ki, Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək. Bu iqtisadi zonada investorlar üçün fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. Məsələn, investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar. Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır. Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur. Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur. İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorumasına təminat verir. Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir. Həmçinin vurğulanır ki, Ələt Azad İqtisadi Zonasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilərə işgüzar səfər vizası veriləcək. Bununla yanaşı, Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzi də fəaliyyət göstərəcək. Məlumata görə, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb. Qeyd olunur ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır. Vurğulayaq ki, Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.
İqtisadçı Fuad İbrahimov "Sherg.az"a bildirib ki, Azərbaycan ərazisində daxili istehsal üçün kifayət qədər sənaye parkları və məhəllələri var. Ekspertin sözlərinə görə, idxal amilindən azad olunma istiqamətində yerli istehsalla bağlı əlverişli mühit və dövlətin yardımları, güzəştləri mövcuddur: "Yəni Azərbaycandakı daxili bazar üçün istehsal prosesini çoxsaylı sənaye parklarında rahat həyata keçirə bilərik. Ancaq Azad İqtisadi Zonanın ən önəmli xüsusiyyəti, drayveri ixracyönlü, potensiallı sənayenin qurulmasıdır. Azad İqtisadi zonalarda ixracla bağlı istehsalı həyata keçirmək üçün müraciətlərin sayı həddindən artıq çoxdur. Sadəcə olaraq müraciətlər arasında seçim etmək lazımdır. Bizə iqtisadi cəhətdən daha əlverişli mühitin yaranması lazımdır. "Made in Azerbaijan" üçün ixrac potensiallı müəssisələrə üstünlük verilməsi tamamilə təbii və zəruridir. O baxımdan müraciət edən müəssisələr üçün 75faizlik ixrac istehsalı həddi müəyyən edilməsi, belə bir tələbin qoyulması vacibdir. İqtisadi sahədə dünyaya çıxış əldə etmək üçün müasir tələblərin qoyulması önəmlidir. Biz bu sistemi yaratmalıyıq. Əgər proses arzulanan şəkildə getsə, qısa zaman sonra qeyri-neft sektorunun dayanıqlı ixrac modeli göz qabağında olacaq".