Azyaşlı oğluna işgəncə verən qadının qardaşı: “Bacımgilin ailələrində problem olduğu üçün...”
07:49 12.02.2020
Gündəm
418
Tərtər rayonunun Azadqaraqoyunlu kəndində ananın azyaşlı oğlunu şişlə yandırdığı iddia olunur. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən uşağın dayısı Pərviz Ələsgərov deyilənləri inkar edib: “Bacımın Rafiqlə nikahdan iki övladı var. Bir övladına qayınatasının adı qoyulduğu üçün ərinin təkidi ilə ailə həyatı qurmayan baldızına övladlığa verib. Bacımgilin ailələrində problem olduğu üçün boşanmaq üçün məhkəməyə müraciət edib.
Bunu bilən həyat yoldaşı gələcəkdə övladlarına görə aliment ödəməmək üçün yalandan polisə müraciət edərək, bacımın övladını şişlə yandırdığını bildirib. Əslində, uşaq bir neçə müddət öncə evdə oynayanda sobanın üzərinə düşmüşdü. Həmin yanıq izi də onda olmuşdu.
Əgər bacım övladını yandırmışdısa, polisə niyə həmin zaman müraciət etmirdi? İndi boşanma məsələsi olanda bunu deyir? Bərdə Rayon Polis Şöbəsində də gördülər ki, bu iddianın əsası yoxdur. Sonradan bacımın əri Tərtər Rayon Polis Şöbəsinə müraciət edib. Bütün kənd bilir ki, o uşaqları biz böyütmüşük. Biz əziyyət çəkmişiksə, bacım övladını necə yandıra bilər?”
Qeyd edək ki, Azadqaraqoyunlu kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.D.-ni nadinclik etdiyi üçün cəzalandırıb. O, şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət