
Bakı təhlükə altındakı əcnəbiləri qurtardı - ANALİZ
Yusif Nəzərli
06:50 18.06.2025
Gündəm
493
İrandakı böhranda Azərbaycan xilasedici rolundadır
Azər Allahverənov: “Azərbaycana edilən təşəkkürlər insani rezonansın göstəricisidir”
Azərbaycanın İrandakı mürəkkəb və təhlükəli vəziyyət fonunda sərgilədiyi mövqe həm regional sabitlik, həm də humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Ölkəmiz sadəcə diplomatik və siyasi neytrallıq nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda çətin şəraitdə olan digər ölkələrin vətəndaşlarının təhlükəsizliyinə real dəstək göstərir.
Azərbaycan hökumətinin İranda qalmış Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və digər ölkələrin vətəndaşlarına quru sərhədlər vasitəsilə ölkəmizə keçid imkanı yaratması humanist və təqdirəlayiq qərardır. Bu addım təkcə texniki və logistik dəstək deyil, eyni zamanda beynəlxalq humanitar məsuliyyətin yerinə yetirilməsidir. Müraciət edən ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsi üçün Azərbaycanın səfərbər olması onun etibarlı tərəfdaş və sabitlik adası kimi mövqeyini bir daha təsdiqləyir. Xüsusilə, Rusiya Xalq artisti Fyodr Bondarçukun da daxil olduğu 51 nəfərlik mədəniyyət heyətinin və digər əcnəbilərin Azərbaycandan keçməklə vətənlərinə geri qaytarılması ölkəmizin qlobal miqyasda məsuliyyətli və güvənilən dövlət statusunun təzahürüdür.
Millət vəkili Elçin Mirzəbəylinin də qeyd etdiyi kimi, Azərbaycan bu humanist missiyanı konkret xalqların və ölkələrin mənafeyindən öz maraqları üçün istifadə etmədən həyata keçirir. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı, ədalətli və insan mərkəzli mövqe tutduğunu göstərir: “Hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycan həm təhlükəsiz dəhliz, həm də humanitar körpü kimi çıxış edərək, regionda sülhün və əməkdaşlığın qorunmasında mühüm rol oynayır. Bu yanaşma, Azərbaycanın beynəlxalq aləmdə “orta güc” statusuna uyğun məsuliyyət daşıyan aktor olduğunu bir daha nümayiş etdirir”.

Millət vəkili, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov da “Sherg.az”a açıqlamasında bildirib ki, İranda baş verən son hadisələr nəticəsində yaranmış böhranlı vəziyyət, bu ölkədə yaşayan çoxsaylı əcnəbi vətəndaşlar üçün ciddi təhlükə yaradıb. Deputatın sözlərinə görə, bölgədə sabitliyin pozulması və hava məkanının təhlükəsiz olmaması səbəbindən bir çox ölkələr öz vətəndaşlarının təxliyəsini quru yollarla həyata keçirmək məcburiyyətində qalıb:
“Belə bir məqamda Azərbaycana edilən müraciətlərə operativ reaksiya verilməsi və İrandan təxliyələrin təhlükəsiz şəkildə reallaşdırılmasına dəstək göstərilməsi mühüm humanitar jest kimi dəyərləndirilməlidir. Azərbaycanın atdığı bu addım ilk növbədə beynəlxalq hüquq normalarına, humanitar prinsiplərə və qonşuluq münasibətlərinə sadiqliyinin bariz göstəricisidir. Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə quru sərhəd vasitəsilə keçidinə imkan yaradılması həm təhlükədə olan insanların həyatının qorunmasına xidmət edir, həm də ölkəmizin sülh və insanpərvərlik siyasətinə sadiqliyini nümayiş etdirir. Bu kontekstdə Azərbaycanın rolu təkcə tranzit ölkə funksiyası daşımır, həm də regional sabitliyə, beynəlxalq həmrəyliyə və humanitar dəyərlərə bağlılığın nümunəsinə çevrilir. Azərbaycan bu prosesdə təkcə logistik dəstək göstərmir, həm də geosiyasi həssaslıq fonunda yüksək mənəvi məsuliyyət daşıyır. Təxliyə edilən əcnəbi vətəndaşların sosial media üzərindən Azərbaycana təşəkkür etmələri, paylaşımlarında duyduqları minnətdarlığı ifadə etmələri bu addımın necə böyük insani rezonans doğurduğunu bir daha sübut edir”.
A. Allahverənovun fikrincə, Azərbaycanın bu humanist mövqeyi eyni zamanda ölkənin beynəlxalq imicinə də mühüm töhfə verir:
“Göstərilən yardımın sırf insani motivlərlə həyata keçirilməsi, siyasi və ya iqtisadi maraqlardan uzaq olması beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Belə məqamlarda sərgilənən davranışlar ölkələrin reputasiyasının formalaşmasında açar rol oynayır. Azərbaycanın bu addımı onun regionda sabitlik, əməkdaşlıq və humanist dəyərlər uğrunda çıxış edən məsuliyyətli aktor olduğunu bir daha nümayiş etdirdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edildi
17:18 02.07.2026
Hərbi
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
17:11 02.07.2026
Dünya
Suriya və Livan arasında razılaşma imzalanıb
17:04 02.07.2026
Dünya
Polşa və Ukrayna XİN başçıları Varşavada görüşəcək
16:57 02.07.2026
Gündəm
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
16:43 02.07.2026
Gündəm
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
16:03 02.07.2026
Hadisə
Moskva vilayətində dron təhlükəsi elan edilib
16:02 02.07.2026
Dünya
Ursula fon der Lyayen NATO sammitində iştirak edəcək
15:24 02.07.2026
Gündəm
Şavkat Mirziyoyev Gürcüstana yola düşdü
15:06 02.07.2026
Gündəm