Bakıda Azərbaycan -Türkiyə İnvestisiya Forumu keçirilir 

Bu gün Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Respublikasının quruluşunun 100 illiyinə həsr olunan“Azərbaycan-Türkiyə İnvestisiya Forumu” işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, Türkiyə Respublikasının Ticarət naziri Prof. Dr. Ömer Bolat, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyə Respublikasının PA-nın Maliyyə Ofisinin rəhbəri Prof. Dr. Göksel Aşanın iştirakı ilə keçirilən forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi -TÜİB-in birgə təşkilatçılığı ilə baş tutub.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan bu tədbir regional inkişafa mühüm töhfələr vermək məqsədi daşıyır. Forumda iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə bağlı strateji məsələlər müzakirə olunacaq. Eyni zamanda, iki ölkə arasında güclü iqtisadi əlaqə yaratmaq üçün atılacaq addımlarla yanaşı, potensial investisiya imkanları da müzakirə olunacaq.