Böyük Qayıdış sürət alır - RƏY
23:35 28.12.2024
Gündəm
489
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək səviyyədə aparılır
Cari ildə də Prezident cənab İlham Əliyevin rəhbərliyi və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri yüksək sürətlə davam etdirilib. Ağdam, Cəbrayıl, Zəngilan və Şuşa rayonlarında ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulub. Çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin, o cümlədən Qarabağ Universitetinin açılışı olub. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində Laçın, Füzuli, Şuşa, Cəbrayıl və Zəngilan rayonlarına sakinlərin bir qisminin köçürülməsi və onların yaşayış evləri, mənzillərlə təmin edilməsi uğurla yekunlaşdırılıb. Sevindirici haldır ki, bütün bu işlər dövlətimizin öz maddi imkanları hesabına həyata keçirilib.
Millət vəkili, iqtisadçı Aydın Hüseynov deyib ki, Azərbaycanın 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə Ermənistanın 30 illik işğalına son qoyuldu. 2023-cü ildə şanlı ordumuzun keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərqərar oldu. Beləliklə, qalib lider İlham Əliyev ən böyük missiyasını və ata vəsiyyətini yerinə yetirdi:
"Hazırda Zəfər missiyası azad edilmiş ərazilərimizdə uğurla davam etdirilir. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb. O cümlədən 2025-ci ildə 4 milyard manat ayrılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilmiş və uğurla icra edilir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından istifadə Azərbaycanın inkişafına böyük təkan verəcəkdir".
Deputat Nurlan Həsənov da qeyd edib ki, müharibədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün Böyük Qayıdış Proqramı elan edildi. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı və sürətli abadlıq-yenidənqurma işləri həyata keçirilir: "Zəngilan və Füzuli Beynəlxalq hava limanlarının açılışı, Şuşa, Laçın, Ağdam, Cəbrayıl və digər rayonlarda ən müasir şəhər, kənd və qəsəbələrin salınması dövlətimizin qüdrətini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəniyyət, təhsil, səhiyyə və kənd təsərrüfatı sahələrində geniş yeniliklər reallaşdırılır. Bu ərazilərdə beynəlxalq investorların cəlb olunması təmin edilməklə bölgənin dayanıqlı inkişafı prioritet kimi müəyyənləşdirilib".
Oxşar xəbərlər
UNECE rəsmisi: Orta Dəhlizin “yaşıl dəhliz” kimi inkişafı Azərbaycan üçün böyük imkandır
14:44 09.09.2026
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq