Bu gün İrakli Kobaxidzenin Azərbaycana səfəri gözlənilir

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mayın 18-də Azərbaycana səfəri gözlənilir.

24News.ge xəbər verir ki, Baş nazir Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edəcək.

Məlumata əsasən, İrakli Kobaxidzenin forum çərçivəsində çıxışı nəzərdə tutulub.