Bu il olmasa da, gələn il sülh olacaq - RƏY

Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət də təhlükə deyil


  “Ermənistan və Türkiyə nümayəndələri arasında aparılan danışıqlarda əldə olunan razılaşmaların həyata keçirilməsinə ümid edirik”. 

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 30-da parlamentin iclasında deyib. Baş nazir xatırladıb ki, bu razılaşma üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik olan şəxslər üçün sərhədlərin açılmasına aiddir: "Sərhəd infrastrukturu ilə bağlı mühüm işlər görülüb. Biz “Marqara” keçid məntəqəsini yenidən təchiz etmişik və artıq belə proseslərə hazırıq". 

  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a  bildirib ki, Azərbaycan və Türkiyənin də istəyi Paşinyanın dediklərini reallığa çevirməsidir: "Əslində, Nikol Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur. Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət də təhlükə deyil. Bütövlükdə mexanizm işə düşüb. Bu il olmasa da, gələn il ərzində Paşinyanın sadaladığı məsələlərin həlli ehtimalı yüksəkdir".