Ərdoğan Çaldıran döyüşündən danışdı
10:54 25.08.2025
Gündəm
279
“Malazgird zəfəri tarixin ən şərəfli səhifələrindən biridir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird döyüşünün 954-cü ildönümü ilə bağlı çıxışında deyib.
“Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri bütün dəyərləri son nəfəsimizə qədər qorumağa, ucaltmağa və müdafiə etməyə davam edəcəyik. Məzlumlara və dostlarımıza ümid, düşmənlərimizə qorxu bəxş edən birliyimizi bundan sonra da möhkəm şəkildə qoruyacağıq. Tarix türklərin, kürdlərin və ərəblərin birləşərək ortaq məqsədlərə doğru birgə hərəkət edərkən həm daxildə, həm də xaricdə uğur qazandıqlarına dair nümunələrlə doludur. İstanbul bu ruhla fəth edildi, Çanaqqalanı keçilməz edən bu ruh idi, milli mübarizəyə qələbə qazandıran da məhz bu ruh idi.
“Türk, kürd, ərəb olaraq birlik və həmrəylik içində olacağıq. Sıralarımızı sıxlaşdıracağıq. Bütün hücumları birlikdə dəf edəcəyik. Bizə qurulan tələlərə düşməyəcəyik. Düşmənlərimizi sıxışdıran “Terrorsuz Türkiyə” hədəfinə doğru inamlı, qətiyyətli addımlarla getməyə davam edəcəyik”, - prezident bildirib.
R.T.Ərdoğan çıxışında Osmanlı və Səfəvi imperiyaları arasında 1514-cü ildə baş vermiş Çaldıran döyüşünü də xatırladıb:
“Malazgird zəfərindən Çaldıran döyüşünə qədər bu vətənin, bu əziz xalqın istiqlalı və gələcəyi uğrunda canlarını qurban vermiş şəhid və qazilərimizi rəhmətlə yad edirəm. Bütün dəyərlərimizi qorumağa və yaşatmağa davam edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa bölücü xətt çəkir, hazır olmalıyıq - Peskov
01:54 24.04.2026
Ekologiya
Müctəba Xamenei: İranlıların birliyi ABŞ-ni sarsıdıb
01:03 24.04.2026
Dünya
“Trabzonspor” və “Beşiktaş” Türkiyə kubokunun yarımfinalına çıxıb
00:44 24.04.2026
Futbol
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm