Ərdoğan Zelenski ilə sülh prosesini müzakirə edib

Prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon əlaqəsi saxlayıb.
 
Sherg.az xəbər verir ki, Danışıqlarda Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, Ukrayna ilə Rusiya arasında sülh prosesi, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Ukrayna-Rusiya müharibəsində ədalətli bir həllin mümkünlüyünü, tərəflər arasında danışıqların gücləndirilərək davam etdirilməsinin vacibliyini vurğulayıb.

O, Türkiyənin sülhə yol açacaq yüksək səviyyəli təmasların reallaşması üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.
Prezident Ərdoğan söhbət zamanı həmçinin Ukraynanın Müstəqillik Günü münasibətilə Zelenskini təbrik edib.