Fransa haqqı ədaləti yox, uşaq qatillərini dəstəkləyir - Asim Mollazadə

"Buna görə də onlarla hansısa diyaloqda olmaq, özü-özlüyündə düzgün deyil”

Fransa Milli Assambleyası yekdilliklə Bakıda mühakimə olunan müharibə cinayətkarlarının və Qarabağ separatçı liderlərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamə qəbul edib.

Bu "son dərəcə vacib sənəd"ə 183 parlament üzvü lehinə səs verib. Qətnamə Fransa-Ermənistan Dostluq Qrupu adından Parlament üzvü Loran Vokiez tərəfindən təqdim edilib.

Sual yaranır Fransa Azərbaycandan nə istəyir? Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qətnamə Parisin regionla bağlı qərəzli və ikili standartlara əsaslanan siyasətini bir daha açıq şəkildə nümayiş etdirir. Özünü demokratiya, hüququn aliliyi və suveren dövlətlərin daxili işlərinə hörmət prinsiplərinin müdafiəçisi kimi təqdim edən Fransanın, bu dəfə müstəqil Azərbaycanın məhkəmə proseslərinə açıq müdaxilə etməsi rəsmi Parisin beynəlxalq hüquqa selektiv yanaşmasını ortaya qoyur. Bakıda mühakimə olunan müharibə cinayətkarları və separatçı liderlərlə bağlı “dərhal və qeyd-şərtsiz azadlıq” tələbi Fransanın nə hüquqi əsaslara, nə də obyektiv mövqeyə söykənmədiyini göstərir və bu sənədi açıq şəkildə siyasi sifariş xarakterli addıma çevirir.

Millət vəkili Asim Mollazadə Sherg.az-a bildirib ki, korrupsiyaya quruşanmış fransız siyasətçilər erməni lobisinin istəklərini yerinə yetirir:

“Fransada çox fəal olan erməni diasporunun istəyi Cənubi Qafqazda münaqişələrin davamıdır. Bu səbəblə də onlar Ermənistanın daxilindəki revanşist qüvvələri dəstəkləyirlər. Digər tərəfdən Azərbaycanda ədalət məhkəməsinin uşaq qatillərinə verdiyi cəza onları narahat edir. Sözügedən şəxslər istəyirlər ki, daha çox uşaq qatilli olsun, müharibə davam etsin və qan tökülsün. Bu istəkləri isə Fransa Milli Asambleyasında korrupsiyaya quruşanmış siyasətçilər ifadə edir”

Deputat Azərbaycan Parlamenti bununla bağlı hansısa bir adım atacaqmı sualına məsələyə reaksiya verməyin,hansısa formada onları tanımaq olduğunu bildirib:

 “Fransa Milli Asssambleyası haqqı ədaləti yox, müharibələri, uşaq qatillərini dəstəkləyir. Buna görə də onlarla hansısa diyaloqda olmaq, özü-özlüyündə düzgün deyil”.