Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanla əməkdaşlığın daha da dərinləşdiriləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Hakan Fidan sosial media hesabında paylaşım edib.

O, Azərbaycanı qardaş və müttəfiq ölkə adlandıraraq, qlobal problemlər və regional proseslər qarşısında iki ölkənin daim əməkdaşlıq və həmrəylik nümayiş etdirdiyini qeyd edib.

Hakan Fidan Bakının işğaldan azad edilməsinin 108-ci ildönümündə Azərbaycanda olmağın gözəl təsadüf olduğunu bildirib.

"Qardaş Azərbaycanla olan əməkdaşlığımızı daha da dərinləşdirməyə, ortaq hədəflərimiz istiqamətində çiyin-çiyinə yürüməyə davam edəcəyik", - o qeyd edib.