İrana sanksiyalar avtomatik bərpa olundu
16:58 28.08.2025
Gündəm
289
Almaniya, Fransa və Böyük Britaniya İranla bağlı “snapback” mexanizmini işə salıb
E3 ölkələri - Almaniya, Fransa və Böyük Britaniya Vyana Nüvə Sazişi üzrə “snapback” (sanksiyaların avtomatik bərpası) mexanizmini işə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Bu addımın İranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPoA) çərçivəsində götürdüyü öhdəlikləri uzun müddət sistemli şəkildə pozmasına cavab olaraq atıldığı qeyd edilib. Əgər otuz gün ərzində bu istiqamətdə diplomatik həll yolu tapılmasa BMT-nin İranla bağlı sanksiyaları yenidən qüvvəyə minəcək. Bununla da İrana nüvə və raket texnologiyaları ilə bağlı hər hansı məhsulun ötürülməsi qadağan olunacaq və silah embarqosu bərpa ediləcək.
Qeyd edək ki, İranın nüvə proqramının mülki xarakter daşıyıb-daşımamasına dair əsaslı şübhələrlə bağlı uzunmüddətli mübahisələrdən sonra Almaniya, Fransa, Böyük Britaniya, ABŞ, Rusiya, Çin və İran 2015-ci ildə “Vyana Nüvə Sazişi” adlı Birgə Hərtərəfli Fəaliyyət Planını imzalamaqla məsələnin danışıqlar yolu ilə həllinə cəhd göstərib.
Lakin Donald Tramp prezidentliyinin birinci dövründə - 2018-ci ilin mayında ölkəsinin JCPoA-dan çıxdığını açıqlamış və əvvəllər dayandırılmış ikinci dərəcəli sanksiyaları yenidən tətbiq etmişdi. İran isə 2019-cu ildən etibarən JCPoA üzrə nüvə öhdəliklərini mərhələli şəkildə dayandırmış, uranın istehsalının artırılmasını və 60 faizədək zənginləşdirilməsini bərpa etmişdi. Bayden administrasiyası 2021–2022-ci illərdə nüvə sazişinə qayıtmaq və sanksiyaları aradan qaldırmaq niyyətini nümayiş etdirmişdi.
Vyana danışıqlarında razılaşmanın bəzi konturları müəyyənləşdirilsə də, İran 2022-ci ilin mart və avqust aylarında təqdim olunan kompromis paketlərini rədd edib. E3 dövlətləri buna cavab olaraq, JCPoA çərçivəsində nəzərdə tutulmuş sanksiyaları Avropa İttifaqı və Böyük Britaniya qanunvericiliyində qüvvədə saxlayıblar.
E3 ölkələri İranın nüvə proqramının inkişafının region üçün ciddi təhlükə yaratdığını qeyd edərək, diplomatik həll yolunun hələ də açıq olduğunu və məsələnin İranın öz öhdəliklərini şəffaf şəkildə yerinə yetirməsindən asılı olduğunu vurğulayıblar. Bəyanatda İranın xüsusilə uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətlərə riayət etməsi və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə tam əməkdaşlıq həyata keçirməsi tələb olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya