Londonda Britaniyanın Aİ-yə qaytarılması tələbi ilə mitinq keçirilib

Sentyabrın 23-də Londonda Böyük Britaniyanın Aİ-yə qayıtmasına dəstək məqsədilə yürüş keçirilib.

APA xəbər verir ki, bu barədə “The Independent” yazıb.

“Birləşmə yürüşü çərçivəsində mindən çox insan göy və sarı (Aİ rəngləri - red.) plakatlarla Britaniya paytaxtının mərkəzi küçələrinə çıxıblar”, - deyə nəşr yazır.