Mahnı oxumağın faydaları nələrdir?
Yusif Nəzərli
00:03 24.06.2025
Gündəm
559
21 iyun – Dünya Musiqi Günü münasibətilə musiqinin, xüsusilə də mahnı oxumağın insan sağlamlığına elmi cəhətdən sübut olunmuş müsbət təsirlərinə nəzər salaq. İstər peşəkar, istər həvəskar olun; istər təkbaşına, istər bir qrup halında oxuyun – mahnı oxumaq həm bədən, həm də ruh sağlamlığınız üçün bir çox faydalar gətirir.
Sherg.az xəbər verir ki, Xoşbəxtlik hormonları ifraz olunur: Mahnı oxuyarkən orqanizm təbii “xoşbəxtlik hormonu” olan endorfini ifraz edir. Bu hormon ağrıkəsici təsir göstərməklə yanaşı, insanın əhvalını yaxşılaşdırır və rahatlıq hissi yaradır.
Oksitosin artır: Xüsusilə birlikdə mahnı oxuduqda oksitosin hormonunun səviyyəsi yüksəlir. Bu hormon stres və narahatlığı azaldır, depressiya və tənhalıq hissini zəiflədir.
Kortizol azalır: Mahnı oxuyarkən stres hormonu olan kortizol azalır. Bu isə orqanizmin gərginliyini azaldır, immun sistemini gücləndirir və zehni sakitlik yaradır.
Ağciyər və ürək sağlamlığı yaxşılaşır: Mahnı oxumaq dərin nəfəs almağı tələb etdiyindən ağciyərlərin həcmini artırır. Eyni zamanda üst bədən əzələlərini işlədərək ürək-damar sağlamlığına da müsbət təsir edir.
Nəfəsə diqqət artır: Düzgün nəfəs almaq bir çox sağlamlıq problemini azalda bilər. Mahnı oxumaq bu baxımdan təsirli bir nəfəs məşqidir.
Altsheymer riskini azalda bilər: Araşdırmalar göstərir ki, xüsusilə yaşlı insanlarda mahnı oxumaq yaddaşın güclənməsinə kömək edir və zehni zəifləmənin qarşısını ala bilər.
Birlikdə oxumağın gücü: İsveçdəki Göteborq Universitetində aparılan tədqiqat göstərib ki, birgə mahnı oxuyan insanların ürək döyüntüləri bir müddət sonra sinxronlaşır. Bu isə kollektiv bir bağ, inam və xoşbəxtlik hissi yaradır.
Ənənələrin bir hissəsi: Bəşər tarixində mahnılar yas, bayram və digər ictimai mərasimlərin ayrılmaz hissəsi olub. Bu gün də bir yerdə mahnı oxumaq bizi birləşdirən güclü vasitədir.
Duşda, maşında, yolda... Səhərlər enerjinizi artırmaq, gün ərzində stresinizi azaltmaq və axşamlar rahatlamaq üçün mahnı oxumaq əla vasitədir. Hər gün bir neçə dəqiqə mahnı oxumaq, elmi cəhətdən sübut olunmuş bu faydalardan yararlanmağa imkan verir.
Nəticə:
Mahnı oxumaq sadəcə əyləncə deyil, eyni zamanda bədən və ruh sağlamlığını dəstəkləyən güclü bir şəfa mənbəyidir. Hər gün bir neçə dəqiqə bu işə vaxt ayırmaq sizi həm xoşbəxt, həm də daha sağlam hiss etdirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm