Merz: “Azadlığımıza qarşı təhdidlərlə uzun müddət mübarizə aparmalı olacağıq”

Almaniya kansleri Fridrix Merz Avropanın təhlükəsizliyinə qarşı təhdidlərin uzun müddət davam edəcəyini bildirib.

Sherg.az xəbər verir ki, Merz “Gənclər araşdırır” müsabiqəsinin 2026-cı il üzrə qaliblərini qəbul edərkən Avropanın üzləşdiyi təhlükəsizlik təhdidlərindən danışıb.

“Azadlığımıza qarşı təhdidlərlə kifayət qədər uzun müddət mübarizə aparmalı olacağıq”, – deyə kansler bildirib.

Merz Rusiyanın sualtı kabelləri, boru kəmərləri və digər infrastrukturu hədəfə almaq üçün yeni sualtı qayıq sinfi hazırladığını iddia edib. Onun sözlərinə görə, Avropanın sualtı infrastrukturu ciddi təhlükə altındadır.

Almaniya kansleri ölkəsinin müdafiəyə “inanılmaz məbləğdə pul” xərclədiyini deyərək, mövcud təhlükəsizlik şəraitində bu xərclərin azaldılmasının mümkün olmadığını bildirib.