Milli Məclis komissiyası vətəndaşlara xəbərdarlıq etdi
16:03 28.08.2025
Gündəm
241
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmizə qarşı davam edən informasiya kampaniyasına dair açıqlama yayıb.
Parlamentdən Sherg.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası 2025-ci il 6 avqust tarixli açıqlamasının davamı olaraq bildirir ki, “Facebook” sosial media və sosial şəbəkə platformasının Azərbaycan seqmentində qonşu dövlətlərdən birinin ərazisindən ölkəmizə qarşı aparılan informasiya kampaniyası avqust ayı ərzində davam edib.
Dezinformativ xarakterli və təxribatçı fikirləri əks etdirən kampaniya vahid mərkəzdən idarə olunmaqla yeni yaradılmış “Caspian Xəbər”, “Caspian Times”, “İşıq Media”, “Pro Eminent Guild”, “Next Azerbaijan” və sair bu kimi səhifələr vasitəsilə həyata keçirilib.
Qeyd edilib ki, geosiyasi hədəflərə nail olmaq məqsədilə Azərbaycan Respublikasının informasiya məkanına edilən bu cür müdaxilə cəhdlərinin qarşısı aidiyyəti dövlət qurumları ilə birgə fəaliyyət nəticəsində müvəffəqiyyətlə alınır.
Eyni zamanda bildirilib ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən səhifələrin hamısı ləğv etdirilib.
Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, saxta informasiyalara inanmamağa çağırır, bənzər sosial media səhifələri ilə rastlaşdıqda bu barədə Milli Məclisin office@meclis.gov.az elektron poçt ünvanına məlumat verməyi xahiş edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya