MSK seminar təşkil edib
Yusif Nəzərli
07:32 25.12.2023
Gündəm
357
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.
Seminarda Hüquq və İnsan haqları İnstitutunun İdarə Heyətinin sədri, üzvləri, dairə seçki komissiyalarının Ekspert qrupu üzvləri iştirak edib.
Qeyd edilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunub, azad, ədalətli və şəffaf keçirilməsi, habelə fərqli statuslu seçki subyektlərinin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə genişmiqyaslı tədbirlər ardıcıl və sistemli şəkildə davam etdirilir.
Seçki iştirakçıları üçün müxtəlif istiqamətləri əhatə edən maarifləndirmə proqramına uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının Hüquq və İnsan Haqları İnstitutu ilə birgə layihəsi çərçivəsində seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarlara start verilib. Yeni forma və məzmunda ilk dəfə Azərbaycan Respublikası Prezidenti seçkilərində reallaşdırılan tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan müraciət və şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib.
Layihənin proqramına əsasən ilk seminar dekabrın 25-də Bakı şəhərində Radisson hotelində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadənin açılış nitqləri ilə başlayıb. Tədbirdə Mərkəzi Seçki Komissiyası nəzdində Ekspert qrupunun üzvləri, Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssisləri, Mərkəzi Seçki Komissiyası Katibliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşları, eləcə də region üzrə 34 seçki dairəsi dairə seçki komissiyalarının müraciət və şikayətlərin araşdırılmasına məsul olan Ekspert qruplarının 102 üzvü iştirak edib.
Seminarda Mərkəzi Seçki Komissiyası nəzdində Ekspert qrupunda təmsil olunan Komissiya üzvlərinin və Hüquq və İnsan Haqları İnstitutunun mütəxəssislərinin seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsipləri, seçkilərlə bağlı müraciətlərə dairə seçki komissiyaları tərəfindən baxılması və Ekspert qruplarının fəaliyyətinin əsasları, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasında azad seçki hüququna dair çıxışları dinlənilib, əyani vəsaitlərdən istifadə etməklə mövzular barədə ətraflı məlumat verilib.
Tədbirin praktiki hissəsində seçki qanunvericiliyi və ekspert fəaliyyəti ilə bağlı kazuslar üzrə məşğələlər keçirilib, iştirakçılar sınaq testlərinin həllinə cəlb edilib.
Seminara qatılan dairə seçki komissiyalarının bütün Ekspert qrupu üzvlərinə Mərkəzi Seçki Komissiyası tərəfindən ilk dəfə hazırlanan və şikayət və müraciətlərin araşdırılması müddətləri, ardıcıllığı, qaydaları və sübutların qiymətləndirilməsi, habelə rəylərin və qərar layihəsinin hazırlanması prosedurlarını aydın və əhatəli əks etdirən “Yaddaş kitabçası” təqdim olunub.
Qeyd etmək lazımdır ki, Mərkəzi Seçki Komissiyasının genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində reallaşdırılan və seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan regional seminarların dekabrın 26-da Sumqayıtda, dekabrın 27-də Gəncə və Şəkidə, o cümlədən dekabrın 29-da Naxçıvan və Masallıda keçirilməklə, ümumilikdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının bütün Ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm