Müctəba Xamanei ağır yaralıdır: Səhhəti ilə bağlı şok iddialar ortaya çıxdı

İranın yeni dini lideri Mücteba Hamaneyin səhhəti ilə bağlı ciddi iddialar yayılıb. Məlumatlara görə, o, atasının – Əli Xameneinin həyatına son qoyan hava hücumu zamanı ağır yaralanıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, eynəlxalq media, o cümlədən Reuters agentliyinin mənbələrinə istinadən bildirir ki, 56 yaşlı yeni lider hücum zamanı üz nahiyəsindən və ayaqlarından ciddi xəsarətlər alıb. İddialara əsasən, onun üzündə qalıcı deformasiyalar yaranıb, hətta bir ayağını itirmiş ola biləcəyi ehtimal edilir.

Hadisədən sonra ictimaiyyət qarşısına çıxmayan Hamaneyin Tehrandakı iqamətgahına edilən bombardman nəticəsində ağır zərər gördüyü qeyd olunur. ABŞ rəsmiləri də onun vəziyyətinin ağır olduğunu bildirir. ABŞ müdafiə naziri Pit Heqset daha əvvəl açıqlamasında yeni liderin “yaralı və ehtimal ki, tanınmaz halda” olduğunu demişdi.

Məlumatlara görə, fiziki vəziyyətinə baxmayaraq, Müctəba Xamenei zehni baxımdan fəaliyyətini davam etdirir. O, dövlət idarəçiliyində iştirakını yüksək səviyyəli görüşləri səsli konfrans vasitəsilə keçirərək təmin edir. Xüsusilə ABŞ ilə Pakistanın paytaxtı İslamabadda aparılan mühüm danışıqlarda və hərbi-strateji qərarlarda iştirak etdiyi bildirilir.

Martın 8-də vəzifəyə başlamasından bu yana onun nə fotosu, nə videosu, nə də səs yazısı yayımlanıb. Bu isə sosial şəbəkələrdə “Müctəba Xamenei haradadır?” sualının geniş müzakirəsinə səbəb olub. Bəzi hakimiyyət tərəfdarları isə bunu mümkün sui-qəsd riskləri ilə izah edir.

Rəsmi qurumlar məsələ ilə bağlı hələ də açıqlama verməyib. Mənbələr bildirir ki, təhlükəsizlik və sağlamlıq şərtləri imkan verərsə, yaxın 1–2 ay ərzində Hamaneyin ilk görüntüsü yayıla bilər.

Analitiklər qeyd edir ki, Müctəba Xamenei atasından fərqli olaraq tam mütləq hakimiyyətə malik deyil. Mövcud müharibə şəraitində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ölkə idarəçiliyində rolu daha da güclənib.