Müharibəni davam etdirən Rusiyadır: Zelenski Ərdoğandan imdad dilədi
16:44 28.08.2025
Gündəm
315
Ukrayna Prezidenti Volodimir Zelenski, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının ardından sosial mediada paylaşım edib. Zelenski paylaşımında: “Türkiyənin göstərdiyi bütün yardımlara böyük dəyər veririk. Həqiqi sülhün təmin olunması üçün göstərilən daimi hazırlığa və qətiyyətə minnətdarıq” deyə bildirib.
Sherg.az xəbər verir ki, Zelenski, danışıqlarda mövcud vəziyyətin və diplomatik addımların müzakirə edildiyini qeyd edib. O, Ukraynanın liderlər səviyyəsində müzakirələrə hazır olduğunu vurğulayaraq: “Təəssüf ki, bu formatdan yayınan və müharibəni davam etdirən Rusiyadır” sözlərini deyib.
Son hücumlara da toxunan Zelenski, Rusiyanın ötən gecə Ukraynaya 30-dan çox raket və təxminən 600 PUA atdığını, hücumlarda 4-ü uşaq olmaqla 17 nəfərin həyatını itirdiyini bildirib. Onlarla yaralının vəziyyətinin ağır olduğunu vurğulayan Zelenski əlavə edib: “Hücumlarda bir türk şirkəti, Azərbaycan səfirliyi, Aİ nümayəndəliyi və yaşayış məntəqələri hədəf alındı. Bu, Ukrayna, ABŞ və Avropalı tərəfdaşlarımızın sülhü təmin etmək səylərinə Putinin verdiyi cavabdır.”
Zelenski, Rusiyaya qarşı təzyiqin artırılmalı olduğunu, bunun üçün sanksiyalar, gömrük rüsumları və siyasi tədbirlərlə daha güclü addımlar atılacağını gözlədiyini ifadə edib.
Təhlükəsizlik təminatlarının da görüşdə müzakirə edildiyini bildirən Zelenski, milli təhlükəsizlik müşavirlərinin işlərini davam etdirdiyini və çərçivənin gələn həftə yazılı hala gətiriləcəyini açıqlayıb.
Prezident əlavə edib ki, Ərdoğan xüsusilə Qara dənizdə təhlükəsizliyin təmin olunması üçün Türkiyənin necə töhfə verə biləcəyini qiymətləndirmək məqsədilə müdafiə nazirini prosesə daxil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: “Mənim vaxtım çoxdur, İranın isə yoxdur”
00:44 24.04.2026
Gündəm
Tramp: İranla müharibəni bitirməyə tələsmirəm
00:22 24.04.2026
Dünya
Tramp: İran məsələsində NATO-nun dəstəyinə ehtiyac yox idi
23:59 23.04.2026
Dünya
Makron seçkilərdən sonra siyasətdən gedəcəyini açıqladı
23:22 23.04.2026
Dünya
Tehranın bəzi rayonlarında HHM sistemləri işə düşüb
22:26 23.04.2026
Region
ABŞ Yaxın Şərqə yeni qırıcılar göndərib
22:08 23.04.2026
Region
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya