Mütəxəssis xəbərdarlıq etdi: Gənə görsəniz bunları etməyin!
Yusif Nəzərli
03:49 29.06.2025
Gündəm
394
Gaziosmanpaşa Universiteti Fen-Ədəbiyyat Fakültəsi Biologiya Bölməsinin müəllimi Prof. Dr. Adem Keskin, gənə çıxarılarkən edilən səhvlərə diqqət çəkərək, “Gənə mümkün qədər tez çıxarılmalıdır” deyib.
Sherg.az xəbər verir ki, Prof. Dr. Adem Keskin bildirib ki, “Burada əsas məsələ gənəni ən qısa zamanda çıxarmaqdır. Gənə çıxarmaq elə də mürəkkəb bir iş deyil. Sadə bir cımbız vasitəsilə gənəni çıxarmaq mümkündür. Əgər cımbız yoxdursa, bir ip köməyi ilə də çıxarmaq olar. Məsələn, gənəni gördünüz, bir ip ilə düyün atırsınız, sıxdıqdan sonra yuxarı doğru çəkirsiniz. İp də yoxdursa, bir salfet, yarpaq və ya buna bənzər bir vasitə ilə gənəni bədəndən çıxartmaq olar. Amma çox edilən yanlışlar var: Gənəni gördükdə üstünə od vurmaq, kolonya, spirt və ya yağ tökmək kimi üsullar tətbiq edənlər var. Bunlar gənəni panik vəziyyətə salır. Əllə birbaşa toxunmaq olmaz.” – deyə o, xəbərdarlıq edib.
Keskin əlavə edib ki, hər gənə xəstəlik yaymır: “Biz sahədən minlərlə gənə toplayırıq, onlardan yalnız 1-2-də virus aşkarlanır. 100 xəstə gəlir, bunlardan 2-3 nəfər həyatını itirir, əksər hallarda xroniki xəstəliyi olan insanlar. Bu, yalnız Türkiyənin problemi deyil. Bütün dünyanın problemidir. Məsələn, ABŞ-da gənələrin təkcə maldarlıq sənayesinə təqribən 3 milyard dollar ziyan vurduğu qeyd olunur. Yəni bu problem təkcə bizə aid deyil.”
Qeyd edək ki, bu il Türkiyədə gənədən keçən Krım-Konqo Qanamalı Qızdırması (KKKQ) xəstəliyi səbəbindən 18 nəfər həyatını itirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region