Növbəti ölkə Türkiyə olacaq! - ABŞ səfirinin sözləri rezonans doğurdu
13:52 30.06.2025
Gündəm
401
ABŞ-nin Türkiyədəki səfiri Tomas Barrack müsahibəsində Türkiyə ilə bağlı diqqət çəkən açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Barrackın F-35 və Türkiyə ilə bağlı fikirləri İsrail və Yunanıstan mediasında geniş müzakirə olunub.
Ankara səfiri Tomas Barrack Anadolu Agentliyindən Sümeyyə Dilara Dinçərə müsahibəsində F-35 məsələsinin uzun müddətdir müzakirə mövzusu olduğunu bildirib və tərəflərin bu mövzunu “artıq geridə qoymaq” istədiklərini qeyd edərək, “İlin sonuna qədər bu məsələ ilə bağlı həll tapılacağına inanıram” deyib.
Yunanıstan mediası ABŞ Konqresinin F-35 ilə bağlı mövqeyini yenidən gözdən keçirdiyini yazıb. “Sigma Live” saytı səfirin “Türkiyə NATO üçün kritik tərəfdaş olaraq qalır və F-35-in əhəmiyyətli komponentləri artıq Türkiyədə istehsal olunur” sözlərini önə çəkib. Barrack həmçinin “Tramp, Erdoğan, Rubio və Fidanın birlikdə bu məsələni həll etmək istədiyini” vurğulayıb.
“Para Politika” isə “İlin sonuna qədər mümkün razılaşma əldə edilə bilər” başlığı ilə Türkiyə və ABŞ arasında F-35 proqramı ilə bağlı yaxınlaşmanın olduğunu yazıb. Lakin demokrat yunan əsilli Amerika deputatı Chris Papas bu razılaşmanın hələ ki mümkün olmayacağını bildirib.
İsrailin “hmnews.il” saytı Türkiyənin nəhayət F-35-ləri almağa doğru irəlilədiyini qeyd edib və səfirin Tramp, Erdoğan, Rubio və Fidan arasındakı güclü münasibətlərə diqqət çəkdiyini vurğulayıb. Onun fikrincə, bu liderlər arasında yaranan ortaq əməkdaşlıq bölgədəki çətin şəraitin dəyişdirilməsi üçün nadir imkanlar yaradır.
“Newsit” xəbər saytı isə səfirin Türkiyənin F-35 problemi ilə bağlı 2025-ci ilə qədər həll tapacağına inandığını bildirib. 2020-ci ildə Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemini alması səbəbindən ABŞ tərəfindən sanksiyalara məruz qaldığını və bunun F-35 proqramından çıxarılmasına gətirib çıxardığını xatırladıb.
İsrailin “Maariv” qəzeti səfirin optimist olduğunu və F-35 almaq üçün növbəti ölkənin Türkiyə ola biləcəyini yazıb. Barrack Türkiyənin Yaxın Şərqdə stabilləşdirici rolunu vurğulayıb və ABŞ ilə bu proqramda yenidən müzakirələrə başlanmasının “çox yaxın” olduğunu bildirib.
Yunanıstan mərkəzli müdafiə xəbər saytları isə Türkiyənin F-35 məsələsində irəliləyiş olmadığından “Eurofighter Typhoon” döyüş təyyarələri almaq üçün Böyük Britaniya və Almaniya ilə danışıqlar apardığını qeyd edir. Eyni zamanda, Türkiyənin F-16 Blok 70 təyyarələri almaq və mövcud təyyarələri modernləşdirmək planları barədə də məlumat verilir. Ancaq bu planların müəyyən hissələri yerli “ÖZGÜR” proqramı çərçivəsində “Turkish Aerospace Industries” tərəfindən icra edilir. Türkiyə həmçinin 2025-ci ildə ikinci uçuşunu edən beşinci nəsil “KAAN” döyüş təyyarəsinin inkişafına sərmayə yatırmağa davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region