"Öldürülən qardaşlarımın cənazələrini Rusiyadan ala bilməmişik" - Seyfəddin Hüseynli
07:41 28.06.2025
Gündəm
373
Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib. Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir.
Mərhumların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli Modern.az-a son vəziyyətlə bağlı bildiklərini açıqlayıb.
Onun sözlərinə görə, hadisə 25 il əvvəl baş vermiş və detalları məlum olmayan bir cinayət işi ilə əlaqələndirilir:
"Lakin mən düşünürəm ki, bu hadisənin əsas məqsədi Azərbaycan diasporuna gözdağı verməkdir. Bu, azərbaycanlılara qarşı divan tutmaq niyyətidir və böyük ehtimalla dövlətimizin güclənməsini həzm edə bilməyən qüvvələrin qara niyyətli mesajıdır" - deyə S.Hüseynli bildirib.
Seyfəddin Hüseynli həyatda olan digər qardaşı - 1964-cü il təvəllüdlü Səfərov Vasif Mehdi oğlunun təyziq altında saxlanıldığını bildirib:
"Mən qardaşlarımı yaxşı tanıyıram tərbiyələrini də, mənəviyyatlarını da. Onlar oradakı ən nümunəvi azərbaycanlılardandır. Hətta biri 37 ildir ki, Rusiya vətəndaşıdır və Azərbaycan diasporunun çox ləyaqətli, nüfuzlu üzvüdür".
Basqın nəticəsində öldürülən Ziyəddin və Hüseyn Səfərovun nəşləri ailələrinə təhvil verilməyib:
"Cənazələri ata-baba yurdumuz Qarabağda torpağa tapşırmaq istəyirik. Amma hələ də onların cənazələrini ala bilməmişik," - deyə o qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya