Pentaqon rəhbəri: İranın nüvə proqramı darmadağın edilib
Yusif Nəzərli
13:07 26.06.2025
Gündəm
383
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerikanın zərbələrinin İranın nüvə obyektlərinə təsirini aşağı salan sızdırılmış kəşfiyyat qiymətləndirməsini rədd edib.
APA xəbər verir ki, Heqset bunu Pentaqonda mətbuat konfransında deyib.
O, ABŞ-nin zərbələrinin İranın nüvə obyektlərinə təsirinin az olduğunu iddia edən hesabatı qəbul etmədiyini bildirib.
“Kəşfiyyat hesabatı sızdırıldı, çünki bəziləri İranın zərbəsini uğursuzluq kimi qələmə vermək istəyirlər. Media qalmaqalların arxasınca qaçır, nailiyyətlərə məhəl qoymur və prezident Trampı hədəfə alır”, - o qeyd edib.
Onun sözlərinə görə, İranın nüvə proqramı darmadağın edilib: “İranın nüvə proqramı darmadağın edildi, dağıdıldı, məhv edildi - istədiyiniz termini seçin”.
Pentaqon rəhbəri həyata keçirilən hərbi əməliyyatı 12 günlük müharibənin sona çatmasına kömək edən “gözəl uğur” kimi qiymətləndirib.
“Prezident Tramp tarixin ən mürəkkəb və məxfi hərbi əməliyyatını idarə etdi”, – Heqset qeyd edib.
O, bu əməliyyatın həm atəşkəsin əldə olunmasına zəmin yaratdığını, həm də İranın nüvə imkanlarını sıradan çıxarmağa xidmət etdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya