Politoloq: Parisin baş verənlərdən narahat olduğu bəllidir
Yusif Nəzərli
02:22 28.12.2023
Gündəm
506
Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur
Məlum olduğu kimi, Azərbaycan Fransa səfirliyinin iki əməkdaşını “persona non qrata” elan etdi. Xarici İşlər Nazirliyinə çağırılan Fransanın Azərbaycandakı səfiri Ann Buayondan həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etmələri tələb edilib. Bundan başqa, xanım səfirə müvafiq nota təqdim edilib. Ekspertlərə görə, Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi sonuncu əməliyyatlar fonunda bu qərar diqqət çəkir. Ötən gün yüksək peşəkarlıqla təşkil edilən əməliyyatlar nəticəsində Ukrayna, Gürcüstan və Azərbaycanla əlaqədar kəşfiyyat fəaliyyətini icra edən onlarla Fransa xəfiyyəsi aşkarlandı. Əməliyyatlar çərçivəsində onlardan bəzilərinin saxlanıldığı, bəzilərinin istintaq altında olduğu məlum oldu. Görünür, saxlanılanlar Fransa xəfiyyəsi olduqlarını etiraf ediblər.
Politoloq Turan Rzayev "Sherg.az"a bildirib ki, onların birbaşa Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) ilə əlaqədə olması, Fransa səfirliyindən koordinasiya edilməsi istisna deyil:
"Maraqlıdır ki, Fransa rəsmi olaraq nə Azərbaycan xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyatlarla, nə saxlanılan xəfiyyələrlə, nə də Fransa səfirliyinin iki əməkdaşının “persona non qrata” elan edilməsi ilə bağlı reaksiya verib. Buna baxmayaraq, rəsmi Parisin baş verənlərdən narahat olduğu bəllidir. Bunun real göstəricisi isə Fransa Prezidenti Emmanuel Makronun DGSE rəisi Bernar Emyeni vəzifəsindən azad etməsidir. İndiki məqamda Fransa Azərbaycanın əldə etdiyi məlumatlardan ciddi narahatdır. Çünki ələ keçirilən materialların məxfilik dərəcəsi hələlik bəlli deyil. Lakin reallıq budur ki, Azərbaycan xüsusi xidmət orqanları DGSE-nin mühüm bir kəşfiyyat şəbəkəsini çökdürdü. Bu bizim üçün mühüm nailiyyət, Fransa və DGSE üçün ciddi bir fiaskodur".
Analitik vurğulayıb ki, prinsip etibarilə Fransa bundan öncə də rəsmi Bakıya bir neçə aspektdə məğlub olub:
"Məsələn, Parisin Ermənistan-Azərbaycan sülh prosesində vasitəçilik missiyası rəsmi Bakı tərəfindən qəbul edilmədi. Bundan başqa, Fransanın Azərbaycana qarşı BMT TŞ-də qətnamə qəbul etmə cəhdləri də Bakının uzaqgörən siyasəti və usta siyasi həmlələri ilə nəticəsiz qaldı. Bütün bunların fonunda Fransa agenturasının çökdürülməsi növbəti tarixi uğurdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm