Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının Cənubi Qafqaza münasibətdə bütün regionu əhatə edən balanslı siyasət yürütməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bunu Hikmət Hacıyev Dubayda keçirilən Ərəb Media Sammitində "Euronews"un forum panelində deyib.
O qeyd edib ki, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız bir ölkəyə yönəlməməli, region dövlətləri ilə balanslı əməkdaşlığı əhatə etməlidir.
Hikmət Hacıyev Aİ siyasətinin yeni tərəfdaşlıq konsepsiyasının qurulmasına xidmət etməli olduğunu və regionda bölücü xətlər yaratmamalı olduğunu vurğulayıb.
Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə töhfə verdiyini bildirən H. Hacıyev ölkəsinin 16 Aİ üzvü və digər Avropa ölkələrinə qaz tədarük etdiyini deyib: "Orta Dəhliz nəqliyyat layihəsi Azərbaycanla Aİ-ni daha da yaxınlaşdıra bilər".